
"İnter" fransalı futbolçunu transfer etmək istəyir
0
"İnter" "Parma" klubunun hücumçusu Anj-Yoan Bonni ilə müqavilə imzalamağı planlaşdırır.
Sportal.az xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, 21 yaşlı futbolçu Milan klubuna transferə yaxındır.
Bonni Markus Tyurama alternativ kimi əsas hədəf olaraq nəzərdən keçirilir. Fransalı hücumçu artıq şəxsi müqavilə şərtlərini razılaşdırıb. Müqavilənin müddəti 2030-cu ilə qədər olacaq.
Ötən mövsüm Bonni A Seriyasında 37 oyun keçirib, 6 qol vurub və 4 assist edib.