
"İnter Mayami"dən Jordi Alba qərarı
0
"İnter Mayami" Jordi Albanı komandada saxlamaq qərarı verib.
Sportal.az xəbər verir ki, MLS təmsilçisi ispaniyalı sol cinah müdafiəçisinin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Jordi Alba 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. İspaniya millisinin üzvü bu mövsüm ABŞ klubunun heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.