
"İnter"in forvardı "Atletiko"ya keçir
0
Lautaro Martinez “Atletiko”da Antuan Qrizmanı əvəz edə bilər.
Sportal.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi klubu tərk edə biləcək Qrizmanna əvəzləyici axtarır. 34 yaşlı fransız “Los-Anceles”lə danışıqlar aparır. Onlar fransızın yerinə "İnter"in hücumçusu Lautaro Martinesi transfer etməyi planlaşdırır.
Potensial sövdələşmənin təfərrüatları açıqlanmayıb. Ötən mövsüm Martinez "İnter"in heyətində bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 7 məhsuldar ötürmə edib.