
İslandiya millisinin hücumçusu Azərbaycanla oyun barədə danışdı
0
İslandiya milli komandasının hücumçusu Andri Qudyonsen DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Reykyavikdə Azərbaycan yığmasına qarşı keçiriləcək D qrupunun ilk görüşü ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, “433.is” portalına danışan “Blekbern”in forvardı bunları bildirib:
“Həqiqətən həyəcanlıyam. Evə qayıdıb komanda yoldaşlarını görmək çox gözəldir. Hava sadəcə heyrətamizdir. Həqiqətən inkişaf üçün real şansa sahib olmaq istəyiriksə, qalib gəlməli olduğumuz Azərbaycanla oyun bizi gözləyir”.