İslandiya millisinin kapitanı Azərbaycanla matç haqda: "6:0 hesabını görmək istəyərdim"

İslandiya millisinin kapitanı Azərbaycanla matç haqda: "6:0 hesabını görmək istəyərdim"

 
0

İslandiya millisinin kapitanı Hakon-Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun ilk turunda Reykyavikdə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (5:0) şərh edib.

Sportal.az “433.is” portalına istinadən xəbər verir ki, island futbolçu millimiz barədə bunları danışıb:

"Hesab 5:0 olanda daha da yaxşı oynamaq çətindir. Düzünü desəm, İsak Yohannessonun het-trik etməsini və 6:0 hesabını görmək istəyərdim. Bu, evdə çox güclü oynadığımız matç idi. Azərbaycan ən yaxşı komanda deyildi, biz hələ də Ukrayna və Fransaya qarşı oynamalıyıq. O görüşlərdə də yaxşı olmalıyıq. Azərbaycanın vaxt aparmasına gəldikdə, bu cür komandalar belə addımlar atırlar. Onlar vaxt aparırdılar. Fasilə ərəfəsində qol vurmaq çox vacib idi və biz bunu etdik”.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.