
İtaliya klubu tarixində ilk dəfə III liqada
0
"Sampdoriya" tarixində ilk dəfə olaraq üçüncü diviziona düşüb.
Sportal.az xəbər verir ki, Aprel ayından etibarən Alberiko Evani tərəfindən çalışdırılan komanda B Seriyasını 18-ci pillədə tamamlayaraq ikinci liqanı tərk edib. Mövsümə Andrea Pirlo ilə başlayan "Sampdoriya" daha sonra Andrea Sottil və Leonardo Sempliçinin rəhbərliyi altında çıxış edib.
Qeyd edık ki, cəmi iki il əvvəl Genuya təmsilçisi A Seriyasında çıxış edirdi.