
Karlo Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi olmağa yaxındır
0
Karlo Ançelottinin oğlu Davide Ançelotti “Botafoqo”nun baş məşqçisi postuna namizəddir.
Sportal.az xəbər verir ki, "Globo Esporte"nin məlumatına görə, klub artıq Braziliya Futbol Konfederasiyasını (CBF) Davide Ançelotti ilə danışıqlar aparmaq niyyətində olduğunu rəsmi şəkildə xəbərdar edib. Daha əvvəl “Botafoqo”nun baş məşqçisi Renatu Payva vəzifədən uzaqlaşdırılmışdı. Bu qərar komandanın klublararası dünya çempionatından kənar qalmasından sonra verilib.
Qeyd edək ki, hazırda Davide Ançelotti atasının rəhbərlik etdiyi Braziliya yığmasında məşqçi heyətinin üzvüdür. Lakin onun futbol konfederasiyası ilə rəsmi müqaviləsi yoxdur.