
"Kəpəz" gürcüstanlı futbolçunun transferini açıqladı - RƏSMİ
0
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə güclənib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.
Qeyd edək ki, "Kəpəz" daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofananı transfer edib.