
"Kəpəz" "Sumqayıt"la qarşılaşacaq
0
"Kəpəz"in yoxlama görüşü üçün daha bir rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, “sarı-göylər” "Sumqayıt"la üz-üzə gələcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Matç iyulun 31-i Qəbələdə keçiriləcək.
Görüşün başlama saatı hələ müəyyənləşməyib. Qeyd edək ki, “Kəpəz” bundan öncə sınaq matçında “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olmuşdu.