"Kəpəz"in akademiyasına seçimlər başlayır

"Kəpəz"in akademiyasına seçimlər başlayır

 
0

“Kəpəz” Futbol Akademiyası yeni mövsüm üçün seçimlərə başlayır.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi 7-12 yaş arası (2013-2018-ci il təvəllüdlü) uşaqları seleksiya məşqlərinə dəvət edir. Seçimlər iyunun 8-i və 9-u tarixlərində olacaq.

Seleksiya prosesi klubun Məşq Mərkəzində keçiriləcək və saat 10:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

Seçimlərdə iştirak etmək istəyənlərdən aşağıda göstərilən mobil nömrə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Əlaqə nömrəsi: 050 330 37 06

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.