"Kəpəz"in sponsoru açıqlandı    - RƏSMİ

"Kəpəz"in sponsoru açıqlandı - RƏSMİ

 
0

“Kəpəz” klubunun yeni forma sponsoru bəlli olub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Unibank" Gəncə təmsilçisi ilə əməkdaşlığa başlayıb.

Tanınmış bank paylaşımında bu cür yazılıb:

"Unibank Gəncənin qüruru, Azərbaycan futbolunun əfsanəsi – Kəpəz Futbol Klubunun sponsoru oldu! Bu sadəcə bir klub dəstəyi deyil – bu, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük bir nəfəsdir.

Yaşasın futbol!

Yaşasın Kəpəz!

Yaşasın bu ruhu yaşadan hər kəs!".

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.