
Komandasının oyununa ən çox təsir edən hücumçuların siyahısı - ilk "10-luq"
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünyanın ən güclü 60 liqasında müxtəlif mövqelərdə mövsümün "ən təsirli futbolçuları" siyahılarını hazırlayıb.
Sportal.az xəbər verir ki, bu siyahılarda hava mübarizəsi, yer müdafiəsi, top paylanması, driblinq, qol vəziyyətləri yaratma və hücumların tamamlanması kimi göstəricilər nəzərə alınıb.
Öz komandasının oyununa ən çox təsir edən hücumçular sırasında aşağıdakılar yer alıb:
1. Kilian Mbappe ("Real Madrid") – indeks dəyəri 92,3.
2. Viktor Gyökeres ("Sporting") – 89,2.
3. Harri Keyn ("Bayern Münich") – 89.
4-5. Markus Türam ("Inter") – 86,8.
4-5. Hugo Ekitike ("Eintracht") – 86,8.
6. Xulian Alvares ("Atletico") – 86,7.
7. Lautaro Martines ("Inter") – 86,3.
8. Mateo Retegui ("Atalanta") – 85,8.
9. Aleksandr İsak ("Newcastle") – 85,2.
10-11. Romelu Lukaku ("Napoli") – 84,3.
10-11. Antuan Qrizmann ("Atletico") – 84,3.