
Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri bəlli oldu
0
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
"Zirə" Xorvatiyanın "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. "Araz-Naxçıvan"ın rəqibi isə Yunanıstan təmsilçisi "Aris" olacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 24-31 iyul tarixlərində keçiriləcək.