Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri bəlli olur

Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri bəlli olur

 
0

Bu gün Nyonda (İsveçrə) Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, “Zirə” və “Araz-Naxçıvan” klublarının rəqibləri müəyyənləşəcək.

Hər iki təmsilçimiz püşkatma mərasimində yer almayan komandalar arasında yer alacaq.

Potensial rəqiblər sırasına aşağıdakı komandalar daxildir: AZ (Niderland), “Rapid” (Vyana, Avstriya), “Sparta” (Praqa, Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Klara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Şarlerua”(Belçika), “Hayduk” (Xorvatiya), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Balkan” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakov” (Polşa), “Rosenborg” (Norveç), “Vikinq” (Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts”(Lixtenşteyn) və “Dandi Yunayted”(Şotlandiya), “Bröndbü” (Danimarka), “Silkeborq” (Danimarka), “Lozanna” (İsveçrə), “Puşkaş Akademiyası” (Macarıstan), “Universitata” (Krayova, Rumıniya) və “Beitar” (İsrail).

Qalan potensial rəqiblər aşağıdakı komandalar olacaq: Konfrans Liqasının 1-ci mərhələsinin qalibləri: “Boraç” (Bosniya və Herseqovina) – “Santa Koloma” (Andorra), “Runavik” (Farer adaları) – “Helsinki” (Finlandiya), “Valur” (İslandiya) – “Flora” (Estoniya), “Seynyayoki”(Finlandiya)- “Klaksvik”(Farer adaları), “Malişevo” (Kosovo) – “Vikinqur” (İslandiya), “Tre Fiori” (San Marino) – “Pyunik” (Ermənistan), “Birkirkara” (Malta) – “Petrokub” (Moldova), “Larne” (Şimali İrlandiya) – “Auda” (Latviya), “Magpies” (Cəbəllütariq) – “Paide”(Estoniya), “Atletik Eskaldes”(Andorra) – “Düdelanj”(Lüksemburq), “Nomme Kalyu”(Estoniya) – “Partizani”(Albaniya), Avropa Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin məğlubları: AEK (Kipr) - "Partizan" (Serbiya), "Spartak" (Slovakiya) - Hakken (İsveç).

2-ci turun püşkü saat 17:00-da başlayacaq, görüşlər iyulun 24 və 31-də keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.