La Liqa klubu 35 yaşlı futbolçunu rəsmən transfer etdi

La Liqa klubu 35 yaşlı futbolçunu rəsmən transfer etdi

 
0

"Espanyol" 35 yaşlı hücumçu Kike Qarsiyanı heyətinə qatıb.

Sportal.az xəbər verir ki, Qarsiya "Alaves"i azad agent kimi tərk edib və "Espanyol" ilə 2 illik müqavilə imzalayıb.

İspan futbolçu ötən La Liqa mövsümündə 36 oyunda 13 qol vurub və bununla da "Alaves"in ən yaxşı bombardiri olub. Bu göstərici həmçinin onun La Liqada indiyədək göstərdiyi ən yaxşı nəticədir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.