
Levandovski üçün Səudiyyə Ərəbistanı iddiası
0
"Barselona"nın futbolçusu Robert Levandovski karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Al-Riyadiyah" məlumat yayıb.
İspaniya klubu ilə 1 illik müqaviləsi qalan polşalı forvardla bir neçə klub maraqlanır. 36 yaşlı hücumçunun gələn il Səudiyyə Ərəbistanına yollanacağı gözlənilir.
Qeyd edək ki, Robert Levandovski ötən mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 52 rəsmi matçda 42 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.