
"Levski"nin hücumçusu: "Hər iki matçda "Sabah"dan daha yaxşı oynadıq"
0
Bolqarıstanın “Levski” klubunun hücumçusu Radoslav Kirilov Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun cavab oyununda Masazırda “Sabah” üzərində qazandıqları qələbəni (2:0, ilk oyun – 1:0) şərh edib.
Sportal.az xəbər verir ki, "sportal.bg" portalına danışan Sofiya klubunun aparıcı oyunçusu “Sabah”dan daha yaxşı oynadıqlaırnı deyib:
“Növbəti mərhələyə yüksəldiyimiz üçün şadam. Hər iki qarşılaşmada "Sabah"dan daha yaxşı oynadıq. Müstəsna oyun keçirdik. "Levski" düzgün istiqamətdə gedir, amma dayana bilmərik. Çünki komandanın hələ də böyümək üçün yeri var”.