
Liqanın debütantı çempionatda ardıcıl ikinci qələbəsini qazandı
0
Futbol üzrə Azərbaycan II Liqasında 3-cüq tur start götürüb.
Sportal.az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.
Çempionatın debütantı "Şirvan" doğma publika qarşısında qələbə qazanmaqla liderlər qrupunda möhkəmlənib. Bu, aranlıların ardıcıl ikinci qalibiyyəti olub.
Ağdaş futbolçuları Bakıda "Dinamo"nu darmadağın ediblər.
"Quba" isə liqanın iddialılarından "Şəmkir"i üstələyib.
Tura sabah yekun vurulacaq.
“Dinamo” – “Ağdaş” 0:3
Qollar: Ü.Sarıyev, 80 (pen.), 84, 90+3
“Quba” – “Şəmkir” 1:0
Qol: V.Cəfərov, 46
“Şirvan” – “Göygöl” 2:0
Qollar: C.Nəcizadə, 73, 85