"Liverpul" 20 yaşlı qapıçı transfer etdi -    RƏSMİ

"Liverpul" 20 yaşlı qapıçı transfer etdi - RƏSMİ

 
0

İngiltərənin "Liverpul" klubu yeni transferini açıqlayıb.

Sportal.az xəbər verir ki, Premyer Liqanın qalibi "Puşkaş Akademiya"dan Armin Peksini  transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Liverpul" 20 yaşlı "əlcək sahibi" üçün Macarıstan klubuna 1,8 milyon avro təzminat ödəyib. Gənc qolkiperlə uzunmüddətli müqavilə imzalanıb. O, yeni komandasına 1 iyul  tarixində qoşulacaq.

Qeyd edək ki, Macarıstan U-21 millisinin üzvü olan Armin Peksi "Puşkaş Akademiya"nın yetirməsidir. İstedadlı qapıçı ötən mövsüm komandanın heyətində 36 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.