"Liverpul" bu futbolçu üçün 100 milyon funt-sterlinq təklif edəcək

"Liverpul" bu futbolçu üçün 100 milyon funt-sterlinq təklif edəcək

 
0

"Nyukasl"ın futbolçusu Antoni Qordon Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Liverpul" Qordon üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. "Qırmızılar" 24 yaşlı ön xətt oyunçusu üçün 100 milyon funt-sterlinq təklif edəcək.

Qeyd edək ki, "Nyukasl" Antoni Qordonu 2023-cü ilin yanvar ayında "Everton"dan transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.