"Liverpul" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

"Liverpul" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

 
0

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqanın qalibi Trey Nioninin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, Trey Nioni 2023-cü ilin yayında "Lester Siti"nin akademiyasından "Liverpul"a transfer olunub. Gənc oyunçu ötən mövsüm Mersisayd təmsilçisinin əsas komandasının heyətində 5 rəsmi matçda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. O, İngiltərə U-20 millisinin üzvüdür.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.