
"Liverpul" qışda istəyinə çatacaq
0
"Liverpul" yayda transfer edə bilmədiyi mark Qehi üçün yanvar ayında yenidən kərəkətə keçəcək.
Sportal.az xəbər verir ki, İngiltərə çempionu qışda 25 yaşlı futolçu üçün yeni təklif göndərəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Kristal Pelas" bu dəfə "qırmızılar"ın təklfini qəbul etməyi düşünür. London klubu yanvarda 6 aylıq müqaviləsi qalan ingiltərəli mərkəz müdafiəçisini 25 milyon funt-sterlinqə satmağa hazırdır. "Liverpul" da bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Mark Qehi bu mövsüm "Kristal Pelas"ın heyətində Premyer Liqada meydana çıxdığı 3 matçda 1 qol vurub.