
Mahir Emreli yeni sezona hansı klubda başlayacaq? - Almaniya klubu ilə anlaşmayıb
0
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin Almaniya Bundesliqasında mübarizə aparan “Sankt-Pauli” ilə anlaşdığı barədə Almaniya mətbuatı iddia irəli sürüb.
Sportal.az xəbər verir ki, millimizin üzvünün Avropa və Asiya klublarından bir neçə təklifi var. Amma əldə etdiyimiz məlumata görə, Mahir “Sankt-Pauli” daxil olmaqla, heç bir klubla razılıq əldə etməyib, müqavilə imzalayıb.
Hazırda Emreli bir çox klubla danışıqlar aparır. Qeyd edək ki, 27 yaşlı futbolçu mövsümün əvvəlində "Nürnberq"lə bir illik müqavilə imzalamışdı. O, mövsümün sonunda Almaniya klubunu tərk edəcək.