"Mançester Siti" 1 ay əvvəl transfer etdiyi futbolçunu icarəyə verdi

"Mançester Siti" 1 ay əvvəl transfer etdiyi futbolçunu icarəyə verdi

 
0

"Mançester Siti"nin futbolçusu Sverre Nyupan karyerasını Çempionşipdə davam etdirəcək.

Sportal.az xəbər verir ki, "şəhərlilər" norveçli yarımmüdafiəçini "Midlsbro"ya icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı orta xətt oyunçusu 2025/2026 mövsümünü aşağı liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Mançester Siti" Sverre Nyupanı iyulun 17-də "Ruzenborq"dan 15 milyon avroya transfer edib. Norveç U-21 millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində debüt etməyib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.