"Mançester Siti" 18 yaşlı futbolçu transfer etdi -    Norveç liqası üçün rekord

"Mançester Siti" 18 yaşlı futbolçu transfer etdi - Norveç liqası üçün rekord

 
0

"Mançester Siti" Sverre Nyupanla müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, İngiltərə klubu "Rosenborq"un yarımmüdafiəçisinin transferini rəsmən elan edib. Tərəflər 5 illik müqavilə bağlayıblar.

Bundan əvvəl bildirilmişdi ki, "şəhərlilər" 18 yaşlı futbolçu üçün 12,5 milyon funt sterlinq ödəyəcək. Bu, Norveç çempionatı tarixində ən bahalı satışdır.

Sverre "Rosenborq"un heyətində 70 oyun keçirib və 14 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.