"Mançester Siti"nin futbolçusu 2 Bundesliqa klubunun hədəfində

"Mançester Siti"nin futbolçusu 2 Bundesliqa klubunun hədəfində

 
0

“Ayntraxt” “Mançester Siti”nin yarımmüdafiəçisi Ceyms Makeytini transfer edə bilər.

Sportal.az xəbər verir ki, 22 yaşlı ingilis futbolçu gələn həftə Almaniya klubunun bazasını ziyarət edəcək, orada danışıqlar aparacaq və klubla yaxından tanış olacaq. Makeyti ilə Dortmund “Borussiya”sı da maraqlanır.

Makeyti “Mançester Siti”nin yetirməsidir. O, klubun əsas komandasında 34 oyun keçirib və 7 qol vurub. Transfermarkt portalı futbolçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.