"Mançester Siti"nin müdafiəçisi bu kluba keçdi -    RƏSMİ

"Mançester Siti"nin müdafiəçisi bu kluba keçdi - RƏSMİ

 
0

İngiltərənin "Börnli" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqaya yüksələn kollektiv "Mançester Siti"dən Kayl Uolkeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Börnli" 35 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Kayl Uolker ötən mövsümün ikinci yarısında icarə əsasında "Milan"da çıxış edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.