"Mançester Siti"nin müdafiəçisi La Liqa klubunda -    RƏSMİ

"Mançester Siti"nin müdafiəçisi La Liqa klubunda - RƏSMİ

 
0

"Mançester Siti"nin futbolçusu Vitor Reys karyerasını İspaniyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Jirona" braziliyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümündə La Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Mançester Siti" Vitor Reysi bu ilin yayında "Palmeyras"dan 37 milyon avroya transfer edib. Gənc oyunçu Premyer Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.