"Mançester Yunayted"in baş məşqçisindən 30 klub əməkdaşına jest

"Mançester Yunayted"in baş məşqçisindən 30 klub əməkdaşına jest

 
0

Ruben Amorim köməkçilərinin ailələri üçün Avropa Liqasının finalına biletləri özü alıb. Turnirin həlledici oyununda "Mançester Yunayted" "Tottenhem"ə qarşı oynayacaq. Matç 21 may tarixində Bilbaoda keçiriləcək.

Sportal.az xəbər verir ki, "mankunianlar" bu oyuna mümkün qədər çox bilet satmaq istəyirlər və əməkdaşlar arasında yalnız az sayda bilet paylanacaq. ESPN-in məlumatına görə, komandanın baş məşqçisi 30 əməkdaşının ailələri üçün biletlərin pulunu özü ödəyib.

Portuqaliyalı mütəxəssis bu yolla son altı ay ərzində göstərdikləri əziyyət və sədaqətə görə məşqçiləri, fizioterapevtləri və digər az maaş alan işçiləri təşəkkür məqsədilə mükafatlandırmaq istəyib.

Bu əməkdaşların hər biri özü ilə iki nəfər apara biləcək. Amorim bu addımı barədə klub rəhbərliyini də məlumatlandırıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.