"Mən elə bilirdim ki, 2025-ci ildə artıq bundan azad olarıq" -    Mbappe

"Mən elə bilirdim ki, 2025-ci ildə artıq bundan azad olarıq" - Mbappe

 
0

Kilian Mbappe azarkeşlərin stadionlarda göstərdiyi irqçi davranışlardan məyus olduğunu bildirib.

Sportal.az xəbər verir ki, "Real"ın  və Fransa millisinin hücumçusu "M6" telekanalına açıqlamasında bunları qeyd edib:

"Biz bunu həmişə dərhal eşitmirik. Bu, həqiqətən kədərlidir. Vəziyyət dəyişməyənə və hakimiyyət orqanları lazımi tədbirlər görməyənə qədər düşünürəm ki, biz bu barədə danışmağa davam etməliyik, çünki bu, normal hal deyil.

Əslində biz bu barədə ümumiyyətlə danışmamalı idik – axı artıq 2025-ci ildir. Mənə elə gəlirdi ki, 2025-ci ildə bəlkə də bu cür şeylərdən azad olarıq. Amma bu, hələ də baş verir və bizdə belə davranışlarla mübarizə aparmaq gücü həmişə olacaq".

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.