Məşhur “Qalatasaray”lı Azərbaycan klubunun sükanı arxasında! –    SON DƏQİQƏ

Məşhur “Qalatasaray”lı Azərbaycan klubunun sükanı arxasında! – SON DƏQİQƏ

 
0

"Sumqayıt"ın yeni baş məşqçisinin kimliyi dəqiqləşib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisini qarşıdakı mövsümdə Saşa İliç çalışdıracaq.

Serbiyalı mütəxəssis sabah səhər saatlarında Azərbaycana təşrif buyuracaq. O, axşamüstü komandaya təqdim olunacaq.

İliç yaxın keçmişin tanınmış futbolçularından olub. "Partizan", "Zalsburq", "Selta" və "Qalatasaray" kimi Avropanın adlı-sanlı klublarının formasını geyinib.

Serbiya yığmasında çıxdığı 37 oyunda 4 qol vuran yarımmüdafiəçi 2019-cu ildə butsılarını mıxdan asıb.

Altı il qabaq məşqçilikdə ilk addımlarını aıtb, ölkəsinin U-16 və U-18 yığmalarını çalışdırıb.

2021-2022-ci illər aralığında yerli "Çukariçki"nin başında dayanıb. Onun son iş yeri 2022-ci ilin yayında üz tutduğu Bolqarıstanda Sofiya ÇSKA-sı olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.