"Milan" 35 yaşlı qapıçı transfer etdi -    RƏSMİ

"Milan" 35 yaşlı qapıçı transfer etdi - RƏSMİ

 
0

"Milan" heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Fiorentina"dan Pyetro Terraççianonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan" italiyalı qolkiper üçün onun klubuna təzminat ödəməyib. 35 yaşlı "əlcək sahibi" ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Fiorentina" Pyetro Terraççianonu 2019-cu ilin yayında "Empoli"dən transfer etmişdi. Təcrübəli qapıçı ötən mövsüm Florensiya təmsilçisinin heyətində 10 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.