
Millətlər Liqasında 3-cü yeri tutan komanda bəlli oldu
0
UEFA Millətlər Liqasında bürünc medalçılar müəyyənləşib.
Sportal.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda Fransa və Almaniya milli komandaları üz-üzə gəlib. Didye Deşamın yetirmələri 2:0 hesablı qələbə qazanaraq bürünc medalların sahibi olub.
Fransa millisinin qollarını Kilian Mbappe və Maykl Olise vurub.
Qeyd edək ki, Millətlər Liqasının finalında İspaniya və Portuqaliya qarşılaşacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.