Milli komandamızın üzvü: "Macarıstanı məğlub edərək, dünya kubokunu Bakıda saxlamağa borcluyuq"

Milli komandamızın üzvü: "Macarıstanı məğlub edərək, dünya kubokunu Bakıda saxlamağa borcluyuq"

 
0

Azərbaycan milli komandasının müdafiəçisi Taleh Babayev Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının yarımfinal mərhələsində Monteneqro yığması üzərində qələbəsini (2:1) şərh edib.

Sportal.az saytına açıqlama verən Babayev, Macarıstana qarşı keçiriləcək final görüşündə yığmamızın şanslarını dəyərləndirib:

"Monteneqro güclü idi. Amma biz onları məğlub edə bildik. Güclü dəstəyə görə azarkeşlərimizə təşəkkür edirik. Artıq finaldayıq və əsas olan budur. Təbii ki, finalda da eyni dəstəyi gözəyirik. Azarkeşlərimizin etimadını doğrultmaq,dünya çempionluğunu qazanmaq istəyirik. Macarıstana qarşı görüş həlledici olacaq. Bu oyunda səhv etməyə haqqımız olmayacaq. Macarıstanı məğlub edərək, dünya kubokunu Bakıda saxlamağa borcluyuq".

Qeyd edək ki, Azərbaycan millisi bu gün 20:00-da Macarıstana qarşı final görüşünə çıxacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.