Millimizin baş məşqçisi: "Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar"

Millimizin baş məşqçisi: "Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar"

 
0

Bu gün Azərbaycan milli komandası Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sportal.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:

- Bütün xalqımızı təbrik edirəm. Çox gözəl oyun keçdi. Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandam yaxşı mübarizə apardı. Qalib gəldik, sevinirik. Yarımfinal matçına hazırlaşacağıq.

- Belə davam etsək, dünya çempionu ola bilərik?

- Xeyirlisi inşallah. Əsas oyunumuz sabahdır. Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar.

- Monteneqro millisinin oyununu izlədiniz?

- Tanıdığımız komandadır. Amma bütün komandalar dünya çempionatına fərqli hazırlaşır. Oyunlarını izləmişik. Mənim üçün yarımfinalın başqa təəssüratı var. Komandalar bu mərhələdə bütün güclərini qoyub finala çıxmaq istəyir.

Elçin Əlixan

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.