
Millimizin sabiq üzvü "Səbail"də - FOTO
0
Növbəti mövsümdə I Liqada mübarizə aparacaq "Səbail" heyətinə yeni qapıçı cəlb edib.
Sportal.az xəbər verir ki, Bayıl təmsilçisi Rəşad Əzizlini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiperlə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan milli komandasına da dəvət almış Rəşad Əzizlinin son klubu "Sumqayıt" olub.