
Millimizin üzvü oynadı, komandası qələbəni əldən verdi
0
Cənubi Koreya çempionatında 22-ci turun matçları baş tutub.
Sportal.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" "Qanqvon"un qonağı olub.
Görüş 2:2 hesabı ilə yekunlaşıb. Krivotsyuk meydana start heyətində çıxıb və sona qədər oynayıb.
22 turdan sonra aktivində 36 xal olan “Daejeon” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.