
Mourinyo: "Onların trebl qazanmasını istəmirdim, o mənimdir!"
"İnter" A Seriyasının turnir cədvəlində 81 xalla 2-ci yeri tutub. İtaliya Kubokunun yarımfinalında “neradzurrilər” “Milan”a uduzub.
Sportal.az xəbər verir ki, hazırda "Fənərbaxça"nın baş məşqçisi olan Joze Mourinyo əvvəlki komandası haqqında maraqlı fikirlər səsləndirib:
“Kinayəli, amma çox səmimi deyəcəyəm: narahat idim ki, onlar trebl qazana bilər, çünki istəmirdim ki, onlar bunu qazansın. Trebl – mənimdir! (gülür) Amma indi, onlar artıq çempionluğu və İtaliya Kubokunu uduzublarsa, istərdim ki, Çempionlar Liqasını qazansınlar.
Amma, əlbəttə ki, Luis Enrike Parisdə möhtəşəm iş görür, o, komandaya yeni nəfəs verib. Onlar əsas oyunçularını itirsələr də, fantastik şəkildə yenidən quruldular. Belə ki, əgər Luis qalib gəlsə, onun üçün də sevinərəm."
Çempionlar Liqasının finalında "İnter" PSJ ilə qarşılaşacaq. Oyun 31 mayda keçiriləcək.