Müllerin "Bavariya"da sonuncu matçı

Müllerin "Bavariya"da sonuncu matçı

 
0

Münhen təmsilçisi klublararası dünya çempionatında çıxışını dayandırıb. Komanda 1/4 final mərhələsində “PSJ”yə 0:2 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, bugünkü qarşılaşma Tomas Müllerin “Bavariya”nın heyətində 756-cı və son oyunu olub. 35 yaşlı yarımmüdafiəçi klubu azad agent kimi tərk edir.

Müller “Bavariya”nın yetirməsidir – o, klubun sisteminə 2000-ci ildə qoşulub, əsas komandada isə debütünü 2007-ci ildə edib. Münhen klubunun heyətində Müller 13 dəfə Bundesliqa çempionu, 6 dəfə Almaniya kubokunun qalibi, 8 dəfə isə ölkə Superkubokunun sahibi olub. O, həmçinin 2 dəfə Çempionlar Liqası, 2 dəfə UEFA Superkuboku və 2 dəfə klublararası dünya çempionatını qazanıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.