NBA çempionu kirayə haqqını ödəmədi, evdən qovdular

NBA çempionu kirayə haqqını ödəmədi, evdən qovdular

 
0

NBA çempionu və “Los-Anceles Leykers”in keçmiş basketbolçusu Lamar Odom arzuolunmaz hadisə ilə üzləşib.

Sportal.az "New York Post"a istinadən xəbər verir ki, keçmiş basketbolçu aylıq 45 min dollar kirayə haqqını ödəmədiyi üçün Los-Ancelesdə yaşadığı evdən qovulub.

Belə ki, ev sahibi şikayət nəticəsində sabiq basketbolçunu evindən çıxarılmasına nail olub.

Xatırladaq ki, Odom aktiv oyunçu karyerasını başa vurduqdan sonra bir neçə dəfə müxtəlif asılılıqlardan müalicə olunub, qeyri-qanuni maddələrdən istifadə etdiyi üçün klinik ölüm də yaşayıb. Lamar karyerası ərzində “Leykers”lə yanaşı, “Los-Anceles Klippers”, “Mayami Hit”, “Dallas Maveriks” komandalarda da oynayıb. 2011-ci ildə liqanın ən yaxşı altıncı oyunçusu mükafatını aldı.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.