
"Neftçi" növbəti mövsüm üçün ev formasını təqdim etdi - "ideal futbolçu silueti" FOTOLAR
0
"Neftçi" 2025/26 mövsümünün ev formasını təqdim edib.
Sportal.az xəbər verir ki, formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd edəcəyimiz klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.
Köynəklər “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb. Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal - 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir.