
"Neftçi" rumıniyalı müdafiəçi ilə anlaşdı
0
Növbəti mövsüm üçün transfer fəaliyyətini davam etdirən "Neftçi" daha bir futbolçunun keçidini həll edib.
Sportal.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" müdafiəçi Kristian Kostini rənglərinə bağlayıb. Bakı klubu rumıniyalı futbolçu ilə razılıq əldə edib.
Azad agent statusunda olan 27 yaşlı sağ cinah müdafiəçisinin transferi yaxın zamanda açıqlanacaq.
Qeyd edək ki, Kristian Kostinin son klubu "Dinamo" olub. Təcrübəli futbolçu ötən mövsüm Buxarest təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.