"Neftçi" yeni mövsümə hazırlaşır -    FOTOLAR

"Neftçi" yeni mövsümə hazırlaşır - FOTOLAR

 
0

"Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Sportalaz xəbər verir ki, komandanın üzvləri bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti məşqə çıxıblar. Əvvəlcə “Neftçi” Futbol Mərkəzindəki fitnes zalında hazırlaşan “ağ-qaralar” daha sonra meydana çıxaraq toplu və taktiki çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. “Binkovski Hotel”də məskunlaşacaq “Neftçi” orada 4 yoxlama görüşü keçirəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.