"Neftçi"dən ayrıldı, "Səbail"lə müqavilə imzaladı

"Neftçi"dən ayrıldı, "Səbail"lə müqavilə imzaladı

 
0

Yeni mövsümdə 1-ci Liqada mübarizə aparacaq "Səbail" növbəti transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, "dənizçilər" Rəhman Hacıyevlə  anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Rəhman Hacıyevin son klubu "Neftçi" olub.

Qeyd edək ki, "Səbail" bundan əvvəl "Kəpəz"dən ayrılan Nicat Süleymanovu rənglərinə bağlayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.