
"Neftçi"nin keçmiş bazası bağlandı - bir neçə komandanın planları pozuldu
0
"Neftçi"nin keçmiş bazası müvəqqəti bağlanıb.
Sportal.az xəbər verir ki, buna səbəb Azərbaycan İdman Akademiyasına qəbul üçün qabiliyyət imtahanının sözügedən arenada baş tutmasıdır.
Bugündən etibarən avqustun 9-na kimi stadionda qabiliyyət imtahanı olacaq.
Bu səbəbdən bəzi komandalar məşqlərini müvəqqəti olaraq başqa yerdə etməli olacaqlar.
Qeyd edək ki, stadiondan "Araz Naxçıvan"ın əvəzediciləri, "Xankəndi", "Şəfa", "Cəbrayıl", "Ulduz FA" və digər komandalar yararlanır.(Fanat.az)