Niderland millisinin üzvü "Beşiktaş"a təklif olundu

Niderland millisinin üzvü "Beşiktaş"a təklif olundu

 
0

"Aston Villa"nın futbolçusu Donyell Malen karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, menecerlər niderlandlı vingeri"Beşiktaş"a təklif edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul təmsilçisi Maleni heyətinə qatmaq üçün səy göstərir. "Beşiktaş" 26 yaşlı oyunçunu icarəyə götürmək istəyir. Klubu ümidləri doğrultmayan oyunçunu göndərməyə hazırdır.

Qeyd edək ki, "Aston Villa" Donyell Maleni bu ilin yanvar ayında "Borussiya"dan transfer edib. Niderland millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.