
Niderland millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ
0
"Feyenord"un yarımmüdafiəçisi Antoni Milambo karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Brentford" niderlandlı hücumameyilli yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Milambo ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Brentford" 20 yaşlı oyunçu üçün onun klubuna 20 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Antoni Milambo "Feyenord"un yetirməsidir. Niderland U-21 millisinin üzvü ötən mövsüm Roterdam təmsilçisinin heeyətində meydana çıxdığı 43 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.