Pedri Messini də geridə qoyaraq rekorda imza atdı

Pedri Messini də geridə qoyaraq rekorda imza atdı

 
0

Pedri “Barselona” tarixində yeni rekord müəyyən edib.

Sportal.az xəbər verir ki, Pedri klubun əsas komandasında 200 oyun keçirən ən gənc futbolçu olub. Yarımmüdafiəçi La Liqanın 36-cı turunda hazırda davam edən “Espanyol”a qarşı oyuna start heyətində çıxmaqla yubiley oyununu keçirib. Oyun zamanı Pedrinin 22 yaş 171 günü var idi və bu göstərici ilə o, Lionel Messini geridə qoyub. Messi 200-cü oyununu 22 yaş 273 gündə oynamışdı.

Bu rekord Pedrinin klub üçün nə qədər vacib bir oyunçu olduğunu və ona nə qədər etibar göstərildiyini bir daha sübut edir.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.