PFL 17 yaşında!

PFL 17 yaşında!

 
0

Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının yaranmasından 17 il ötür.

Sportal.az xəbər verir ki, hazırda Elxan Səmədovun rəhbərlik etdiyi təşkilat 2008-ci ildə yaradılıb.

Premyer Liqa, Əvəzedicilər Liqası, I Liqa, II Liqa və Azərbaycan Kubokunun oyunlarını təşkil edən qurumun yaradılmasından sonra ölkə çempionatına bir sıra yeniliklər gətirilib.

Bu qurumun fəaliyyətə başlamasından sonra Premyer Liqa UEFA reytinqində yüksəlib, hər il Azərbaycan Kubokunun finalı maraqlı şouya çevirilib.

Azərbaycan klublarının avrokuboklardakı ən böyük uğurları da PFL-in fəaliyyət dövrünə təsadüf edir.

Bu müddətdə "Qarabağ" Çempionlar Liqasının, "Neftçi" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirib.

Təbrik edirik!

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.