
Pirlo BƏƏ klubuna baş məşqçi təyin edildi
0
Andrea Pirlo "Dubay Yunayted"i çalışdıracaq.
Sportal.az xəbər verir ki, bu barədə BƏƏ klubunun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı BƏƏ klubunun baş məşqçisi olub. 46 yaşlı mütəxəssisin son iş yeri 2024-cü ilin yayında tərk etdiyi "Sampdoriya" idi.
Pirlo “Yuventus” və “Fatih Karagümrük”də də məşqçi kimi çalışıb.